-
Sizin Təhlükəsizliyiniz Bizim MəsuliyyətimizdirSizin Təhlükəsizliyiniz Bizim MəsuliyyətimizdirSizin Təhlükəsizliyiniz Bizim Məsuliyyətimizdir
XIDMƏTLƏRIMIZ
DEFEKTOSKOPİYA / NDT
Şirkətimiz tərəfindən təklif olunan əsas xidmətlərdən biri defektoskopiya və dağıdıcı olmayan testdir (NDT). Defektoskopiya xidmətlərimizə aşağıdakılar daxildir : Qazma borularının defektoskopiyası, Yükqaldırıcı qurğuların və avadanlıqların defektoskopiyası, Hər növ Metal Konstruksiyaların defektoskopiyası ...
ANBAR, DAŞINMA VƏ UTİLİZASİYA XİDMƏTLƏRİ
Anbar təhlükəli malların saxlanılması, mühafizə edilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi bir məkandır. Anbarımız yerli və beynəlxalq standartların tələblərinə uyğun şəkildə təsis olunub. Anbarımıza yalnız təhlükəli malları qəbul edirik .
TƏZYİQ ALTINDA İŞLƏYƏN AVADANLIQLARIN İNSPEKSİYASI
Şirkətimiz təzyiq altında işləyən avadanlıqlara yoxlama həyata keçirən inspeksiya müəssisəsi olaraq akkreditə edilmişdir. Mühəndislərimiz uzun illərin təcrübəsinə və əldə etdikləri beynəlxalq dərəcəli sertifikatlara əsaslanaraq təzyiq altında işləyən avadanlıqların dövri yoxlanışını təmin etmək üçün tam səlahiyyətlidir.
QAZ LAYİHƏLƏRİNİN EKSPERTİZASI
Şirkətimiz layihələrinin ekspertizası və onlara rəy verilməsini həyata keçirir. Ekspertiza rəyləri verilərkən Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə və "texniki təhlükəsizlik haqqında" qanununa uyğunluğu yoxlanılır və rəy yazıldıqdan sonra layihənin təsdiqlənməsi üçün müvafiq dövlət qurumlarına göndərilir.
MAYE VƏ TƏBİİ QAZ TƏSƏRRÜFATI OBYEKTLƏRİNİN QURAŞDIRILMASI
Şirkətimiz maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması işlərini həyata keçirmək üçün İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş EL-92/2020 nömrəli dövlət lisenziyasına malikdir. Təcrübəli inspektorlarımızın neft-qaz, quraşdırma , tikinti və istehsal sahələrində 15 ildən artıq təcrübəsi var.
NİYƏ BİZİ SEÇMƏLİSİNİZ
Yüksək Peşəkarlıq
Bütün texniki işlər yüksək təcrübəli mühəndis mütəxəssislərimiz tərəfindən həyata keçirilir, bu isə öz növbəsində həm bizim, həm də müştərilərimizin fəaliyyətini və rəqabət gücünü artırır.
İntizamlılıq
Biz fəaliyyətimizi alınan qərarlara və planlaşdırılan vaxta uyğun şəkildə həyata keçiririk. Gördüyümüz hər bir işdə, icra etdiyimiz hər bir layihədə nəticə yönümlüyük. Bizim üçün əsas meyar müştərilərimizin və tərəfdaşlarımızın məmnuniyyətidir.
Fərdi Yanaşma
Şirkətimizin uğuru müştərilərimizin tələblərinin ödənilməsindən asılıdır. Biz qarşılıqlı hörmət və etimad əsasında müştərilərimiz və tərəfdaşlarımızla uzunmüddətli əlaqələr üçün çalışırıq. Biz müştərilərimizə fərdi yanaşaraq ən yüksək keyfiyyətlə ən optimal qiyməti təklif edirik.
ONLAR BİZƏ ETİBAR EDİR
LİSENZİYALARIMIZ VƏ İCAZƏLƏRİMİZ
Bütün lazımi sertifikat və lisenziyalarımız, işləmək üçün xüsusi icazələrimiz var. Bütün hesabat sənədlərimiz hüquqi qüvvəyə malikdir.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
Potensial təhlükəli obyektlərdə istifadə olunan avadanlıq və texniki cihazların diaqnostikası və digər texniki yoxlamalarıAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
Maye və təbii qaz anbarlarının quraşdırılmasıAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
Təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınmasıAzərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi
Partlayıcı və partlayıcı qurğuların istifadəsi