Haqqimizda

Şirkətimiz 2016-cı ildə təsis edilib. “STS” (Safe Transportation Services) MMC sənaye sahələrində istehsal və istismar olunan qurğu və avadanlıqlarda dağıdıcı olmayan üsullarla defektoskopiya, diaqnostika, sınaq işlərinin aparılması və digər texniki xidmətlərin göstərilməsi istiqamətində ixtisaslaşmışdır.
Şirkətimiz Azərbaycan Respublikasının normativ hüquqi sənədlərinin tələblərinə uyğun olaraq müxtəlif dövlət orqanları tərəfindən verilmiş müvafiq fəaliyyət növləri üzrə xüsusi icazə və lisenziyaların şərtlərinə uyğun olaraq fəaliyyət göstərir.

Niyə Bizi Seçməlisiniz

Peşəkarlıq

Bütün texniki işlər yüksək təcrübəli mühəndis mütəxəssislərimiz tərəfindən həyata keçirilir, bu isə öz növbəsində həm bizim, həm də müştərilərimizin fəaliyyətini və rəqabət gücünü artırır. Müştərilərmizin bizi etibarlı şirkət adlandırmasından çox məmnunuq.

İntizamlılıq

Biz fəaliyyətimizi alınan qərarlara və planlaşdırılan vaxta uyğun şəkildə həyata keçiririk. Gördüyümüz hər bir işdə, icra etdiyimiz hər bir layihədə nəticə yönümlüyük. Bizim üçün əsas meyar müştərilərimizin və tərəfdaşlarımızın məmnuniyyətidir.

Fərdi Yanaşma

Şirkətimizin uğuru müştərilərimizin tələblərinin ödənilməsindən asılıdır. Biz qarşılıqlı hörmət və etimad əsasında müştərilərimiz və tərəfdaşlarımızla uzunmüddətli əlaqələr üçün çalışırıq. Biz müştərilərimizə fərdi yanaşaraq ən yüksək keyfiyyətlə ən optimal qiyməti təklif edirik.

Missiyamız

Bizim əsas missiyamız müxtəlif sənaye sahələrində texnogen qəzaları proqnozlaşdırılmaqla , insan həyatı və əməyin təhlükəsizliyi istiqamətində qəza və bədbəxt hadisələrin qarşısını almaqdır. Bununla yanaşı dəqiq, ədalətli və etibarlı xidmət göstərməklə sənaye sahələrinin keyfiyyət səviyyəsini davamlı yüksəltməkdə ölkəmizə və sifarişçilərimizə dəyər qatmaqdır.



Strateji Baxışımız

Safe Transportation Services” MMC olaraq fəaliyyət göstərdiyimiz sahə üzrə ölkə daxilində aparıcı şirkətlər arasında ilk üçlükdə yer tutmaq.





Dəyərlərimiz

Həmişə dürüst olmaq
Davamlı inkişaf etmək
Təhlükəsizliyi təmin etmək
Təcrübəyə əsaslanan addımlar atmaq
İşimizin öhdəsindən mükəmməl gəlmək
Çözümlər təqdim etmək və dəyər qatmaq
Məsuliyyəti üzərinə götürmək və cavabdeh olmaq
Bütün qarşılıqlı münasibətlərdə peşəkarlıq göstərmək
Müştərilərimiz və tərəfdaşlarımızla bir-birimizə dəstək olmaq, komanda yaratmaq

Komandamız

Bizim komandamız Sizin komandanızdır. “STS” MMC ixtisaslı və bacarıqlı işçiləri cəlb etməyə çalışır. Komandamız bizim uğurumuzun əsasıdır və biz onların inkişafına investisiya yatırırıq. Onların dəyərləri və fikirləri bizim üçün önəmlidir. Biz komandamızla və onların nümayəndələri ilə qarşılıqlı etimad əsasında konstruktiv şəkildə işləyirik.