XÜSUSİ XİDMƏTLƏR

İNSPEKSIYA XİDMƏTLƏRİ

Şirkətimiz sənaye sahələrində inspeksiya və diaqnostika xidmətlərini həyata keçirmək üçün dövlət tərəfindən verilmiş lisenziyaya malikdir. Şirkətimizin əsas inspeksiya sahəsinə qaldırıcı qurğuların, sənaye avadanlıqlarının, boru kəmərlərinin, konveyerlərin, sobaların və s. inspeksiyası daxildir.
Aşağıda adları sadalan qaldırıcı qurğular və onların avadanlıqlarının ağırlıq yükü, vizual baxışı, dağıdıcı və dağıdıcı olmayan testləri həyata keçirilir:
Metal buraz (wire rope slings), lif kəmərlər(fiber slings), metal sırğalar(shackles), halqalı boltlar(eye bolts), takelaj vintləri (rigging screws ), tutacaqlar(plate clamps) və s. kimi qaldırıcı qurğu avadanlıqlarının yoxlanılması və sınaqdan keçirilməsi;
Zəncir blokları (chain blocks ), qaldırıcı qollar (lever hoists), şüa qısqacları (beam clamps) və s. kimi portativ qaldırıcı avadanlıqların yoxlanılması və sınaqdan keçirilməsi.
lifting beams / structures,bucurqadlar (winches), pad eyes kimi portativ qaldırıcı qurğu avadanlıqlarının yoxlanılması və sınaqdan keçirilməsi.
Avto kranlar(mobile cranes), tırtıllı kranlar(crawler cranes), cherry picker, ofşor kranları(offshore cranes), çəngəlli qaldırıcılar(forklifts), körpülü kranlar(overhead cranes) ekskavatorlar (excavators) və.s kimi hərəkət edən qaldırıcı qurğuların yoxlanılması və sınaqdan keçirilməsi.
Qoşqular(harnesses) , lanyards, statik/dinamik kəndirlər (static/dynamic ropes), karabinalar(carabiners), qarmaq bloku(inertial reels) və s. iş təhlükəsizliyini təmin edən avadanlıqların yoxlanılması və sınaqdan keçirilməsi Metal boru dayaqların (pipe racks), rəflərin (shelves) və s. kimi polad saxlama sistemlərinin yoxlanılması və sınaqdan keçirilməsi və sair.
İnspektorlarımız yuxarıda göstərilən bütün xidmətləri həyata keçirməklə avadanlıqlarınızın yerli və beynəlxalq standartlara uyğun olaraq düzgün işlədilməsini və təhlükəsiz iş şəraitinin yaradılmasını təmin edir.

Biz sizə necə kömək edə bilərik?

Bizdən xüsusi endirimli qiymət təklifi al