XÜSUSİ XİDMƏTLƏR

TƏZYİQ ALTINDA İŞLƏYƏN AVADANLIQLARIN İNSPEKSİYASI

Şirkətimiz təzyiq altında işləyən avadanlıqlara yoxlama həyata keçirən inspeksiya müəssisəsi olaraq akkreditə edilmişdir.
Mühəndislərimiz uzun illərin təcrübəsinə və əldə etdikləri beynəlxalq dərəcəli sertifikatlara əsaslanaraq təzyiq altında işləyən avadanlıqların dövri yoxlanışını təmin etmək üçün tam səlahiyyətlidir.
Mütəxəssislərimiz qazanlar, buxar qazanları, isti su qazanları, isti neft qazanları, kompressorlar, təzyiq çənləri, maye qaz çənləri, sənaye qaz silindrləri, hava tutumları və s. daxil olmaqla bütün təzyiq altında işləyən avadanlıqlar üzərində qaydalara uyğun olaraq lazımi testləri həyata keçirir. Təzyiq altında işləyən avadanlıqların inspeksiyasında aşağıda qeyd etdiyimiz yoxlama üsullarından geniş istifadə olunur:
Vizual nəzarətin həyata keçirilməsi (VT) ;
Təzyiq altında işləyən tutumların və çənlərin divarlarının qalınlığının ölçülməsi(UT);
Nüfuz edici maddələrdən istifadə etməklə qeyri ferromaqnit metalların yoxlanılması(PT);
Maqnit toz üsulu ile qaynaq birləşmələrin yoxlanılması (MT);
Ultrasəs defektoskopla metal konstruksiyalarının və qaynaq birləşmələrinin yoxlanılması (UT);
Deqazasiya;
Klapanların sınağı;
Təzyiq altinda işləyən tutumların və xortumların hidravlik sınağı və s.

Biz sizə necə kömək edə bilərik?

Layihənizi necə edə biləcəyimizi öyrənməklə maraqlanırsınız. Zəhmət olmasa bizə e-poçt göndərin.