Təhlükə Potensiallı Qurğu və Avadanlıqların Pasportların Hazırlanması

Pasport təhlükə potensiallı avadanlıq və ya qurğular üçün lazım olan istismar sənədidir. Pasport avadanlığın identifikasiyası üçün əsas sənəddir və istehsal olunan avadanlıq, onun istismar şərtləri, texniki xüsusiyyətləri və parametrləri haqqında bütün məlumatları əks etdirir. İstehsal olunan hər bir qurğu və ya avadanlıqlar üçün (texniki qurğular, yüksək təzyiq altında işləyən avadanlıqlar və s.) pasport verilməlidir. Pasport texniki qurğu və avadanlığın istismar müddəti bitənədək etibarlıdır.
Pasport aşağıdakı hissələrdən ibarət olmalıdır :
Qurğu və ya avadanlığın texniki məlumatları Konfiquraiyası
Tərkib hissələri haqqında məlumat
Avadanlığın işlənmə müddəti
İstismar müddəti
Uyğunluq Bəyannaməsi
Mənşə Sertifikatı
Pasporta avadanlığın istismar müddəti, mühafizəsi qaydaları, keçdiyi yoxlamalar, istismar haqqında lazımi məlumatlar, avadanlığın təkrar emalı ilə əlaqədar xüsusi məlumatlar və s. daxil edilir.
Pasport həmçinin avadanlığın sertifikatlaşdırılması üçün tələb olunur. Belə ki, Sertifikatlaşdırma Orqanlarına avadanlıq və onun xüsusiyyətləri haqqında lazım olan bütün məlumatları verir. Bu məlumatlar əsasında istismar edən şəxs / qurum avadanlığın istifadəsi üçün icazə əldə edir.
Texniki qurğu və avadanlıqların pasportlarının hazırlanması vacib, eyni zamanda məsuliyyətli bir işdir. Buna görə də, bu işi pasportların hazırlaması və tənzimlənməsində təcrübəsi olan məsuliyyətli mühəndislər həyata keçirir. Pasportların hazırlanması zamanı çətinlik yarandıqda, avadanlıqların təsvir xüsusiyyətlərinə baxış keçirilməsində təcrübəli mütəxəssislərimizə konsultasiya üçün müraciət edə bilərsiniz.

Biz sizə necə kömək edə bilərik?

Layihənizi necə edə biləcəyimizi öyrənməklə maraqlanırsınız. Zəhmət olmasa bizə e-poçt göndərin.