Texniki Təhlükəsizlik Bəyannaməsi (TTB)

Texniki Təhlükəsizlik Bəyannaməsi Azərbaycan Respublikasının qanun və qaydalarına uyğun olaraq hazırlanır. Şirkətimizin təcrübəli mütəxəssisləri bu bəyannamənin yazılmasında sizlərə köməklik göstərir.
Texniki təhlükəsizlik bəyannaməsində:
Qəza və onunla bağlı təhlükənin hər tərəfli qiymətləndirilməsi;
Qəzanın baş verməməsi üçün görülən tədbirlərin kifayətləndirici olub-olmaması barədə təhlil;
Hüquqi şəxslərin təhlükə potensiallı obyektlərin istismarına, habelə qəzanın lokallaşdırılması və nəticələrinin ləğv edilməsinə dair hazırlığının təmin edilməsi;
Qəzanın nəticələrini və dəymiş ziyanın miqyasını azaltmağa yönəldilmiş tədbirlərin işlənib hazırlanması və s. öz əksini tapır.
Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanına texniki təhlükəsizliyin vəziyyəti barədə bəyannamə təqdim etməlidirlər.
Texniki təhlükəsizlik bəyannaməsi təhlükə potensiallı obyektlərin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğvinə dair layihə sənədləri əsasında hazırlanır və obyekti istismar edən hüquqi və ya fiziki şəxs tərəfindən təsdiq olunur.

Biz sizə necə kömək edə bilərik?

Layihənizi necə edə biləcəyimizi öyrənməklə maraqlanırsınız. Zəhmət olmasa bizə e-poçt göndərin.